00:00:00
Yazar
Admin User
10.06.2025 17:13 229 1 dəq oxuma
Dünya

Qatil İsrailin Qəzza Zolağına hücumlarında son 24 saatda 54 nəfər həyatını itirib

Qatil İsrailin Qəzza Zolağına hücumlarında son 24 saatda 54 nəfər həyatını itirib

Qəzzadakı Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İsrailin davam edən hücumları nəticəsində baş verən insan itkiləri və yaralanmalarla bağlı son məlumatlar paylaşılıb.

 

Son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 54 nəfər meyit və 305 yaralı gətirilib.

 

İsrail ordusunun Qəzzada 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan etibarən həyata keçirdiyi hücumlarda 4 min 701 fələstinlinin həyatını itirdiyi, 14 min 879 nəfərin isə yaralandığı bildirilib.

 

İsrailin Qəzza Zolağına 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının isə 54 min 981-ə, yaralıların sayının isə 126 min 920-yə yüksəldiyi qeyd olunub.

 

Qəzza Zolağında dağıntılar altında hələ də minlərlə meyitin olduğu bildirilir.

 

TRT Xəbər 

Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər