00:00:00
Yazar
Admin User
19.11.2025 11:54 106 1 dəq oxuma
İqtisadiyyat

Qazaxıstan Azərbaycana ixracı artırır

Qazaxıstan Azərbaycana ixracı artırır

Qazaxıstan heyvandarlıq məhsulları ixracını genişləndirir və onları dünyanın 15-dən çox ölkəsinə, o cümlədən AİB, Aİ, MDB və Fars körfəzi regionuna, həmçinin Azərbaycan, Çin, Koreya Respublikası, Yaponiya, Özbəkistan və Monqolustana tədarük edir.

 

"İnformator.az" Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Nəzarəti Komitəsinə istinadla xəbər verir ki, xarici ölkələrin reyestrlərinə 3702 müəssisə daxil edilib ki, onlardan doqquzu məhsulları Azərbaycana tədarük etmək səlahiyyətinə malikdir.

 

Bundan əlavə, Qazaxıstan və Azərbaycan balıq və arıçılıq məhsullarının ixracı üzrə baytarlıq sertifikatları barədə razılığa gəlib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər