Qazaxıstan buğda idxalını altı ay müddətinə qadağan edib
Qazaxıstan hökuməti buğda idxalına qismən qadağa qoyub.
"İnformator.az" xəbər verir ki, müvafiq əmri Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov imzalayıb.
Sərəncam 27 iyul 2026-cı il tarixindən qüvvəyə minir və altı ay müddətində qüvvədə qalacaq.
Buğdanın həm üçüncü ölkələrdən, həm də AİB üzv dövlətlərindən avtomobil, su və dəmir yolu ilə idxalı qadağandır. Quşçuluq və taxıl emalı müəssisələrinə, lisenziyalı liftlərə və Qida Müqaviləsi Korporasiyasına dəmir yolu ilə buğda idxalı üçün istisna tətbiq olunacaq. Lakin bu cür buğdanın daxili və xarici bazarlarda satışı qadağan ediləcək.
Kənd təsərrüfatı nazirinin müavini Azat Sultanov "İnterfaks" agentliyinə verdiyi açıqlamada qadağanın tətbiqi planlarını Rusiyada qış məhsulu yığımı ilə əlaqələndirib. O bildirib ki, Qazaxıstan yeni məhsul üçün taxıl elevatorlarını mövcud taxıl ehtiyatlarından təmizləməlidir. Bu tədbir daxili bazarı stimullaşdırmaq məqsədi daşıyır.