Qazaxıstan hökümətindən Orta Dəhlizin inkişafı üçün addım
Qazaxıstan hökuməti Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı üçün hökumətlərarası saziş hazırlamağa başlayır.
Mövzu ilə bağlı iqtsadçı Toğrul Vəliyev "İnformator.az"a açıqlmasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətcə müvafiq tranzit yoluna müəyyən maraq olacaq:
"Amma bu tranzit yolu o qədər də rahat və ucuz deyil. Son bir neçə aydır ki, bu yolda daşınmalar bir qədər atrır, pik səviyyəsə çatır, amma bunun əsas səbəbi qiymətlərin nisbətən aşağı olması idi. Artıq belə bir vəziyyət yoxdur, xüsusi bir canlanma müşahidə olunmur. Hətta rəsmi statistikaya istinad etsək, görə bilərik ki, 2022 və 2023-cü illərdə indiki dövrə nisbətən artım müşahidə olunduğu halda, sonrakı dövrlərdə bu müşahidə olunmur. Hətta bəzi istiqamətlər üzrə azalma müşahidə olunur. Düzdür, Çindən Azərbaycana məhsullar daha Qazaxıstan üzərindən gəlməyə başladı. Amma Azərbaycandan Avropaya getmək məsələsi o qədər də ciddi dəyişmir. Burada bir çox məhdudiyyətlər var. Həm dəmir yolu imkanı məsələsi, həm də limanların imkanı məsələsi var. Ona görə ciddi problemlər var və gələcəkdə hər hansı dəyişikliklər üçün müəyyən qədər investisiya yatırılmalıdır. Nəticə etibarı ilə burada rəqəmsal texnologiyaların rolu çox böyük deyil. Müəyyən məhdudiyyətlər var ki, onlar aradan qalxmalıdır. Burada çox şey tariflərdən asılıdır. Çünki bu yol nisbətən qısa ola bilər, amma bir çox sərhədləri keçmək lazımdır. Bu ölkələr araslnda rahat gediş-gəliş olmadığını da nəzərə almaq lazımdır. Tariflərin sabit qalması və buna müəyyən güzəştlər tətbiq olunması bu yolu daha cəlbedici edəcək".
Billurə Quliyeva
