Qazaxıstan və Pakistan 200 milyon dollarlıq müqavilələr imzalayıb
Qazaxıstan və Pakistan bu gün İslamabadda keçirilən biznes forum çərçivəsində ümumi dəyəri təxminən 200 milyon ABŞ dolları olan 32 kommersiya sazişi və müqaviləsi imzalayıb.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, sazişlər çox fərqli sahələri əhatə edir:
"Görünür ki, bu iki ölkə çox fərqli sahələrdə bir-birlərinə ya ticarət əlaqəsi, ya da investisiya nəzərdə tutublar. Məsələn, ola bilər ki, Qazaxıstanda olan bir şey Pakistanın ehtiyacı ilə üst-üstə düşür. Yaxud əksinə, Pakistanda olan bir şey Qazaxıstanın ehtiyacına uyğundur və bu müxtəlif sektorlarda baş verir. Bu, böyük ehtimalla özəl şirkətlərin özəl qərarlarıdır. Onlar orada hansısa sahədə üstünlük olduğunu görüb qərar veriblər. Və bu forum sadəcə müxtəlif biznes təşkilatlarını bir araya gətirib, nəticədə nümayəndələr üçün yeni fürsətlər yaradıb. İndi bu başlanğıc fürsətdir. Tutarsa bunu gələcəkdə daha geniş miqyasda davam edə bilərlər. Bu təbii ki, hər iki ölkənin qarşılıqlı ticarətini artıracaq. Amma belə iqtisadiyyatlarda qarşılıqlı, yəni ticarət və investisiya əlaqələrindən fayda əldə olunur".
Günel Əlili
