00:00:00
Yazar
Admin User
15.12.2025 19:07 149 2 dəq oxuma
İqtisadiyyat

“Qazaxıstanın bu ixracı qarşıdakı illərdə daha da artıra bilər”

“Qazaxıstanın bu ixracı qarşıdakı illərdə daha da artıra bilər”

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinin həcmi 2025-ci ilin yekunları üzrə ilin əvvəlində planlaşdırıldığı kimi təxminən 1,5 milyon ton təşkil edəcək.

 

Mövzu ilə bağlı iqtisadçı Elşad Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Qazaxıstanın BTC ilə 1,5 milyon tonluq ixracı elə də böyük bir rəqəm deyil:

 

"Bu məbləğ BTC-nin bir neçə günlük ötürücülük potensialı qədərdir. Ancaq Azərbaycanın azalan neft ixracı fonunda Qazaxıstanın BTC ilə ixracını artırması önəmlidir. Qazaxıstanın bu ixracı qarşıdakı illərdə daha da artıra bilər. Şübhəsiz ki, bu ilk növbədə BTC-nin rentabelliyinə müsbət təsir göstərir və buna görə də, Azərbaycan daxil olmaqla, BTC payçılarının hamısının faydasınadır. Konkret Azərbaycana gəldikdə isə deyə bilərəm ki, Qazaxıstan neftinin BTC ilə nəqli 1,5 milyon tondan 2,2 milyon tona yüksəlsə, bu təxminən 45–47 % artım deməkdir. Nəticədə Azərbaycanın tranzit və texniki xidmət gəlirləri də eyni istiqamətdə artacaqdır. Bu gəlirlər ölkənin neftdənkənar gəlir mənbələrini gücləndirir və infrastruktur, nəqliyyat-logistika, eləcə də sosial layihələr üçün əlavə maliyyə imkanları yaradır. BTC-nin ötürücülük imkanlarının daha fəal istifadəsi Xəzər neftinin alternativ və riskləri az olan marşrutla dünya bazarlarına çıxmasını təmin edir. Bu, enerji tədarükündə bir istiqamətdən asılılığı azaldır və xüsusilə Avropa üçün daha şaxələndirilmiş və sabit təchizat deməkdir. Artan həcm BTC-ni regionun ən etibarlı enerji dəhlizlərindən biri kimi möhkəmləndirir".

 

Həmçinin şərhçinin sözlərinə görə, Qazaxıstan üçün də indiki şəraitdə yaxşı imkanlar yaradır:

 

"Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Qazaxıstanın etibarlı bir şəkildə öz neftini dünya bazarına çıxarmaq imkanı yaradır, ixrac marşurutlarının diversifikasiyasını təmin edir və bu həm də Qazaxıstan üçün risqləri azaldır. Eyni zamanda belə bir marşurutdan istifadə Qazaxıstanın strateji tərəfdaşlıqlarını da gücləndirir. BTC ilə Aralıq dənizinə çıxan Qazaxıstan nefti heç şübhəsiz ki, həm Avropaya, həm də İsrailə satılır. Yeni onu da qeyd etməliyəm ki, Qazaxıstanın bu addımı bizim uzun müddətdir gündəlikdə saxlamağa çalışdığımız Orta Dəhlizin inkişafına da xidmət edir. Orta Dəhliz sadəcə avtomobil, dəmiryolu, hava nəqaliyyatı kimi deyil, həm də enerji nəqli kimi nəzərdə tutmaq lazımdır. Gələcəkdə Türkmənistanın, Özbəkistanın da enerji resurslarının bu dəhliz vasitəsilə aktiv daşınması bütövlükdə Türk Dünyasının faydasına olacaqdır. Türk Dövlərtləri öz ərazilərindən fasizləsiz və güvənli şəkildə enerji resurslarını və digər məhsullarını dünya bazarına çıxarmaq imkanı əldə edəcəklər. Bu, qeyri-müəyyənliklərin artdığı bir dövrdə qeyd edilən ölkələr üçün çox yaxşı bir imkandır. Bu imkanı genişləndirmək, Türk Dünyasını dünya iqtisadiyyatının rəqabətli nəqaliyyat dəhlizlərindən birinə çevirmək hər bir Türk Dövlətinin marağında olmalıdır”.


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər