00:00:00
Yazar
Admin User
11.11.2025 18:03 124 2 dəq oxuma
İqtisadiyyat

Qazaxıstanın qızıl ehtiyatları 100 tona yaxın artıb

Qazaxıstanın qızıl ehtiyatları 100 tona yaxın artıb

Qazaxıstanın qızıl ehtiyatları əhəmiyyətli dərəcədə artaraq 98 ton təşkil edib. Bu göstərici ölkənin təbii sərvətlərinin dəyərləndirilməsi və dövlət ehtiyatlarının genişlənməsi baxımından önəmli nailiyyətdir. Rəsmi məlumata görə, bu artım sənaye və tikinti sektorunda aparılan sistemli işlərin nəticəsidir.

 

 Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib ki, qədim zamanlardan etibarən ən ehtiyatlı aktivlərin saxlanılması variantı qiymətli metallarda, xüsusilə də daşınmaz əmlakda saxlanılan rezervlərdir:

 

"Hazırda dünyada baş verən bu iqtisadi dalğalanma, iqtisadi böhran nəticəsində yaranmış kataklizmlər nəticəsində bir sıra dövlətlər, ölkələr, hətta insanlar belə sərvətlərini ən etibarlı saxlama üsullarına yönəldirlər. Bu üsullar içərisində isə ta qədimdən bəri ən önəmlisi və ən etibarlısı məhz qiymətli metallar, xüsusilə də qızıldır. Bir sıra dövlətlər kimi Qazaxıstan da bu yolu seçib. Bildiyiniz kimi, Qazaxıstanın qızıl ehtiyatları artıq 100 ton həddini keçərək təxminən 98-99 tona çatıb. Bu addımın faydalarından biri də maliyyə dayanıqlılığının artırılmasıdır. Məsələn, Azərbaycan da bu üsuldan istifadə edərək uzun illər manatın məzənnəsini saxlamaq üçün bu kimi alətlərdən istifadə edir və Mərkəzi Bankın ehtiyat fonduna daxil edir".

 

Həmçinin iqtisadçı bildirib ki,Qazaxıstanda bu proses bir qədər fərqlidir:

 

"Qazaxıstan yalnız qızıl hasilatı ilə kifayətlənmir, eyni zamanda onu ixrac da edir. Məsələn, Çin, İsveç və Birləşmiş Ərəb Əmirliklərinə xüsusi olaraq ixrac həyata keçirir. Və belə olduğu halda müsbət nəticələr ola bilər. Məsələn, xarici investorların ölkəyə investisiya yatırımları arta bilər, maliyyə etibarlılığı güclənə bilər. Bilirsiniz ki, qızıl beynəlxalq maliyyə dalğalanmalarına qarşı ən etibarlı üsullardan biridir. Bundan başqa, ixracdan əldə olunan gəlirlər Qazaxıstan iqtisadiyyatına ciddi töhfə verə bilər."

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər