00:00:00
Yazar
Admin User
30.09.2025 15:17 193 1 dəq oxuma
Maraqlı

Qazinin xatirələri

Qazinin xatirələri

Müharibənin ağır sınaqlarından keçən qazilərimizin hekayələri həm qəhrəmanlıq, həm də yaddaşımız üçün dəyərli mirasdır.

 

“İnformator.az”ın  bu dəfəki müsahibi 44 günlük Vətən müharibəsinin iştirakçısı, "Laçının azad edilməsinə görə" medalı ilə təltif edilən qazi Nurlan Ariflidir. Əslində bu mövzu barədə danışmaq onun üçün də asan deyil:

 

"Könüllü olaraq Laçının azad edilməsində iştirak etmişəm və "Laçının azad edilməsinə görə" medalı ilə cənab Prezidentimizin qərarı ilə təltif edilmişəm. Qələbənin taleyini həll edən əsas amil cənab Prezidentimizin apardığı qətiyyətli danışıqlar olub. Demək olar ki, zəfər məhz o danışıqların bəhrəsi idi. Biz isə günlərlə aclıq çəkdik, soyuqda üşüdük, ən ağır sınaqlardan keçdik. Bizim üçün ən böyük dönüş anı ölümdən qurtulmaq, mühasirədən azad olmaq, yaralı dostlarımızın sağalması idi. Ən dərin xatirə isə çiyin-çiyinə döyüşdüyümüz igidlərin şəhidlik zirvəsinə ucalması, o ucalığın izini ürəyimizdə daşımaqdır".

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər