00:00:00
Yazar
Admin User
11.03.2015 08:06 938 1 dəq oxuma
Mədəniyyət

Qəbələdə respublika müsabiqəsinin zona mərhələsi keçirilmişdir

Qəbələdə keçirilən zona mərhələsində Balakən, Zaqatala, Qax, Oğuz, Şəki və Qəbələ rayonunun ilk-peşə və orta ixtisas müəssisələrinin qalibləri iştirak etmişdir
Qəbələdə respublika müsabiqəsinin zona mərhələsi keçirilmişdir

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin şagirdləri arasında bədii ifa üzrə respublika müsabiqəsinin zona mərhələsi keçirilmişdir.
Müsabiqənin keçirilməsində məqsəd ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında xüsusi istedada malik gəncləri üzə çıxarmaq, ifa mədəniyyətini yüksəltməkdir.
Müsabiqə Azərbaycan bəstəkarlarının estrada mahnıları, təsnif və xalq mahnıları, bədii qiraət və milli rəqs ifaçılığı nominasiyaları üzrə keçirilir.
Qəbələdə keçirilən zona mərhələsində Balakən, Zaqatala, Qax, Oğuz, Şəki və Qəbələ rayonunun ilk-peşə və orta ixtisas müəssisələrinin qalibləri iştirak etmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqənin zona mərhələsində qalib gələn iştirakçılar aprelin 24-də keçiriləcək ümumrespublika yekun tədbirində iştirak edəcəklər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər