00:00:00
Yazar
Admin User
10.12.2025 14:31 92 1 dəq oxuma
Sosial

Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib

Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib

2026/2027-ci tədris ilindən etibarən Təsviri sənət istiqamətinin 14-cü komissiyasına aid dizayn ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla deyil, məqbulla qiymətləndiriləcək.

 

Mövzu ilə əlaqədar təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, DİM-in açıqladığı son qərar sosial şəbəkələrdə yenidən müzakirələri artıb:


“2026/2027-ci tədris ilindən dizayn ixtisasına qəbul üçün keçirilən qabiliyyət imtahanı balla yox, sadəcə "məqbulla" qiymətləndiriləcək. Yəni 10 ballıq şkalada 6 alan da, 9 alan da eyni status alacaq. Söhbət yaradıcılıq və vizual düşüncə tələb edən dizayn sahəsindən gedir, amma qiymətləndirmə keçib, keçməyib formasına salınır. Nəticədə isə sual yaranır ki, istedad fərqi necə ölçüləcək? Dizayn elə sahədir ki, tələbənin işi, texnikası, estetik duyumu, kompozisiya anlayışı 6 bal alanla 9 bal alan arasında dağ qədər fərqlənə bilər. Amma yeni sistem bu fərqi tamamilə silir. Bu o deməkdir ki, qabiliyyət imtahanı yaradıcılığı dəyərləndirməkdən çox formal bir "filtrə" çevrilir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər