00:00:00
Yazar
Admin User
21.11.2025 16:57 110 2 dəq oxuma
İqtisadiyyat

Qəhrəmanmaraşda Azərbaycanın investisiya imkanları təqdim olunub

Qəhrəmanmaraşda Azərbaycanın investisiya imkanları təqdim olunub

 

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Ticarət və Sənaye Palatasının binasında Azərbaycanın iqtisadi imkanlarına həsr edilmiş təqdimat keçirilib.

Mövzu ilə bağlı olaraq iqtisadçı Eyyub Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu əməkdaşlıq əhəmiyyətli əməkdaşlıqdır:


“Qəhrəmanmaraş, bildiyiniz kimi, Türkiyənin ən güclü, ən aparıcı sənaye bölgələrindən biri deyil. Bu, əsasən tekstil, metal emalı, qida sənayesi və enerji tikinti materialları üzrə ixtisaslaşmış müəssisələrin sayı baxımından Türkiyədə ən çox cəmləşmiş bölgələrdən biri sayılmır. Və sözsüz ki, bu bölgələr Azərbaycan üçün daha maraqlıdır. Belə ki, bu həm də yeni əməkdaşlıq xəttinin yaradılmasıdır. Düzdür, Türkiyə bizim əsas ticarət tərəfdaşlarımızdan biridir, birincisi və ya ikincisi deyil xarici ticarət əlaqələrimizdə. Amma hesab edirəm ki, bu həm də bizim ticarət əlaqələrimizin şaxələndirilməsi üçün imkanlar yarada bilər. Bizdə Qarabağda yeni sənaye parkları, azad iqtisadi zonalar, həmçinin Ələtdə və digər bölgələrdə sənaye parkı və azad iqtisadi zona yaradılır ki, hesab edirəm bu da həmçinin işğaldan azad olunmuş bölgələrdə istehsalın artmasına maraq göstərən ölkəmiz üçün Qəhrəmanmaraş sahibkarlarının bura investisiya yatırması baxımından yaxşı fürsətdir. Və həmçinin, Qəhrəmanmaraş bir çox brendlər istehsal olunur ki, bu da gələcəkdə ölkəmiz üçün müəyyən istehsal imkanları və ixrac bazarlarının genişlənməsi, xarici bazarda rəqabət qabiliyyətinin artırılması baxımından müsbət təsir göstərə bilər. Həmçinin mən hesab edirəm ki, qida sənayesi baxımından da bizdə geniş imkanlar var. Belə ki, ölkəmizdə meyvəçilik, fındıq, çay məhsulları üzrə potensial mövcuddur. Xammal bazasının olması ixrac imkanlarını da artıra bilər. Çünki həmin sahibkarların bu sahədə geniş təcrübəsi var.
Digər tərəfdən, əlbəttə ki, Türkiyə bərpa olunan enerji avadanlıqları, günəş panelləri ilə bağlı geniş təcrübəyə malikdir. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycan Türkiyə investorları üçün sənaye zonalarında, sənaye parklarında müəyyən güzəştlər yaradır ki, bu da Türkiyə investorları üçün cəlbedici ola bilər.
Həmçinin, burada çoxsaylı üstünlüklər mövcuddur. Məsələn, bu gün Azərbaycanda istehsal olunan hər hansı bir məhsul çox asanlıqla Avropaya ixrac edilə bilər və Bakı–Tbilisi–Qars xətti ilə digər ölkələrə çıxış əldə edə bilər. Əlbəttə ki, Azərbaycanın geniş logistik imkanları da var, həm şimal ölkələrinə, həm də şərq ölkələrinə vaxtında çatdırılma mümkündür.Bununla yanaşı, yeni texnologiyaların tətbiqi, təcrübələrin tətbiqi ölkə sənayesinin inkişafında əhəmiyyətli rol oynaya bilər. Bu, eyni zamanda iki qardaş ölkənin bir-birinə iqtisadi dəstəyidir. Bu dəstək həm də Qəhrəmanmaraş zəlzələsindən böyük zərər çəkmiş sahibkarları üçün iqtisadi fürsətlər yaradılması deməkdir. Hesab edirəm ki, gələcəkdə bu əhəmiyyətli əməkdaşlıq ölkəmiz üçün qeyri-neft sektorunun inkişafı, sənayemizin və istehsalımızın genişlənməsi baxımından daha böyük faydalar və təsirlər yaradacaqdır”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər