00:00:00
Yazar
Səadət Əlizadə
07.05.2026 10:31 23 2 dəq oxuma
Maraqlı

 

Qida sənayesində neft mənşəli maddələr: Zərurət yoxsa risk?

 

 Qida sənayesində neft mənşəli maddələr: Zərurət yoxsa risk?

Müasir dövrdə gündəlik istifadə etdiyimiz qidaların tərkibi və keyfiyyəti mühüm müzakirə mövzusuna çevrilib. Qida sənayesində müxtəlif əlavə maddələrin, o cümlədən neft mənşəli komponentlərin istifadəsi həm faydaları, həm də mümkün riskləri baxımından diqqət çəkir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, neft mənşəli maddələr ifadəsi istehlakçılar arasında haqlı bir narahatlıq yaratsa da, qida sənayesində bu maddələr birbaşa xammal kimi deyil, yüksək dərəcədə təmizlənən sintetik əlavələr şəklində istifadə olunur:


​“Qida sənayesində sintetik maddələr əsasən məhsulun rəngini cəlbedici etmək, rəf ömrünü uzatmaq və teksturasını qorumaq üçün istifadə olunur. Bu maddələr beynəlxalq standartlarla müəyyən edilən istifadə limiti var. Bu maddənin yüksək dozada qəbulu bəzi sağlamlıq riskləri daşıyır.
Təbii boyalar tez solduğu, baha başa gəldiyi üçün sənaye tartrazin E102, Allura\space Red E129 kodlu sintetik boyalara üstünlük verir. Bunlar konfetlərdə, qazlı sularda, souslarda geniş istifadə olunur.
​Antioksidantlar yağların acılaşmasının qarşısını alır. Xüsusilə, tersiyer butilhidrokinon neft mənşəli bir birləşmədir və çips, dondurulan qidalar və krakerlərin uzun müddət təravətli qalması üçün əvəzedilməz hesab olunur.
Bəzi meyvələrin parlaması və rütubətini itirməməsi üçün üzəri neft mənşəli parafin mumları ilə örtülə bilər.
Vanilin kimi bəzi ətirlərin ucuz analoqları bəzən neft kimyası məhsullarından sintez edilir.
​Bu maddələrin insan orqanizminə təsiri hələ də geniş araşdırılır. 
​Elmi araşdırmalar sübut edib ki, sintetik rəngləndiricilər uşaqlarda diqqət dağınıqlığı və hiperaktivliyə səbəb ola bilər. Xüsusilə, tartrazin adlı E102 astma xəstəliyi olan insanlarda kəskin allergik reaksiyalara zəmin yarada bilər. Əsas risk normadan qat-qat artıq istifadədə baş verir. Nəzərə alsaq ki, bu qatqılar bir çox sənaye üsulu hazırlanan qidalara qatılır. Gün ərzində bir neçə çeşid hazır paketli sənaye üsulu qidalardan qəbul etdikdə bu dozanı aşa bilirik. 
​Xüsusilə, uşaq qidalarında sintetik rəngləndiricilərdən uzaq durmaq şərtdir. Avropa Birliyi qanunvericiliyinə görə, tərkibində sintetik boyalar olan məhsulların üzərində uşaqların aktivliyinə və diqqətinə mənfi təsir göstərə bilər xəbərdarlığı yazılmalıdır”.

 

Səadət Əlizadə

#qida #azərbaycan #risk? #sənayesində #zərurət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər