00:00:00
Yazar
Admin User
12.12.2025 19:09 167 2 dəq oxuma
Sosial

Qida sektorundakı təhlükə

Qida sektorundakı təhlükə

Qastroenteroloq Yevgeniya Melnikova bildirib ki, kolbasa və digər emal olunmuş ətlərin tərkibində çoxlu duz, doymuş yağ, nitrat və dad gücləndiriciləri olduğu üçün onlar sağlam qida hesab edilmir. Xüsusilə yüksək kalorili qurudulmuş kolbasaların müntəzəm qəbulu piylənmə, 2-ci tip diabet, hipertoniya və ateroskleroz riskini artırır. Həkim həmçinin bu məhsulların osteoporoz və kolorektal xərçəng riskini yüksəltdiyini də qeyd edib.

 

Mövzu ilə bağlı "Refresh Group" MMC adlı qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Qafarov Seymur “İnformator.az”a açıqlamasında bildirib ki, emal olunmuş ət məhsullarında ən riskli maddələr nitrit/nitratlar, trans yağlar və yüksək duzdur:

 

"Uşaqlar və yeniyetmələr üçün bu məhsullar xərçəng riski, böyrək və mədə problemləri, həmçinin piylənmə təhlükəsi yaradır. Kolbasalarda istifadə olunan dad gücləndiricilər (məsələn, MSG) isə sinir sistemi və metabolizmə mənfi təsir göstərə bilər.

Emal olunmuş ət məhsullarında riskli maddələri sə natrium nitrit və natrium nitrat (E250) ətin rəngini qorumaq üçün istifadə olunur, lakin bişirmə zamanı kanserogen nitrozaminlər əmələ gətirir, doymuş yağlar və trans yağlar ürək-damar xəstəlikləri, piylənmə və diabet riskini artırır. Yüksək duz miqdarı isə hipertoniya, böyrək xəstəlikləri və mədə problemlərinə səbəb ola bilər. Konservantlar və süni qatqılar uzunmüddətli istehlak zamanı xərçəng və digər xroniki xəstəliklərin riskini artırır.

 

Uşaqlar və yeniyetmələr üçün təhlükələrə gəldikdə isə bunları aid etmək olar:

Böyrək və mədə problemləri uşaqların orqanizmi duz və qatqılara daha həssasdır. Xərçəng riski ÜST emal olunmuş ət məhsullarını 1-ci qrup kanserogenlər siyahısına daxil edib. Piylənmə və metabolik pozuntular. Yüksək yağ və kalori tərkibi uşaqlarda artıq çəkiyə səbəb olur. İmmunitet zəifləməsi süni qatqılar və konservantlar uşaqların müdafiə sistemini zəiflədə bilər.

 

Kolbasa məhsullarında dad gücləndiricilər bunlardır:

 

Monosodium glutamat (MSG) və digər dad gücləndiricilər kolbasalarda tez-tez istifadə olunur. Sinir sisteminə mənfi təsir edir(baş ağrısı, yorğunluq, diqqət pozuntusu). Metabolizmi yükləyir, piylənmə riskini artırır. Allergik reaksiyalar və mədə-bağırsaq narahatlıqları yarada bilər.

Uzunmüddətli və müntəzəm istehlak sağlamlıq üçün ciddi təhlükə hesab olunur.

Emal olunmuş ət məhsullarını məhdudlaşdırmaq, uşaqların menyusunda isə tamamilə minimuma endirmək sağlamlıq üçün ən doğru yanaşmadır”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər