00:00:00
Yazar
Admin User
16.01.2026 09:47 71 1 dəq oxuma
Dünya

Qırğız Parlamentinin sədri TÜRKPA Baş katibini qəbul edib

Qırğız Parlamentinin sədri TÜRKPA Baş katibini qəbul edib

Qırğızıstanın Joqorku Keneşinin (Parlament) sədri Nurlanbek Turqunbek uulu yanvarın 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə  TÜRKPA-nın mətbuat xidmətindən məlumat verilib.

 

R.Həsən TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas fəaliyyətlər, beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də 2026-cı il üzrə prioritet istiqamətlər barədə məlumat verib. Bu çərçivədə TÜRKPA-nın beynəlxalq platformalarda tanınmasının artırılması istiqamətində atılan addımlar vurğulanıb.

 

Görüşdə Özbəkistanın TÜRKPA-ya tamhüquqlu üzvlüyü prosesində əldə olunan əhəmiyyətli irəliləyişlər, Macarıstanla əməkdaşlığın inkişafı və Avropa institutları ilə əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

 

Tərəflər həmçinin yaxın dövrdə TÜRKPA çərçivəsində planlaşdırılan tədbirlər və üzv ölkələrin parlament sədrlərinin Parlamentlərarası İttifaqın (PAİ) Türkiyənin İstanbul şəhərində keçiriləcək 152-ci Assambleyası çərçivəsində planlaşdırılan qeyri-rəsmi görüşlərinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, TÜRKPA-nın Qırğızıstanda baş tutacaq növbəti 15-ci Plenar iclası istiqamətində hazırlıqların uğurla davam etdiyi vurğulanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər