00:00:00
Yazar
Cavahir Əsgərbəyli
05.05.2026 16:03 26 1 dəq oxuma
Dünya

Qırğızıstan səfiri: Prezident Sadır Japarovun WUF13-də iştirakı üçün səfər hazırlıqları aparılır

Qırğızıstan səfiri: Prezident Sadır Japarovun WUF13-də iştirakı üçün səfər hazırlıqları aparılır

"İnformator.az" xəbər verir ki, Qırğızıstan artıq bəyan edib ki, Mayda Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak ən yüksək səviyyədə olacaq. 

 

 

Səfirin sözlərinə görə, hazırda Qırğız Respublikasının Prezidenti Sadır Japarovun WUF13-də iştirakı üçün səfər hazırlıqları aparılır. 

 

“Bu platforma bizim ölkə üçün vacibdir, çünki Qırğızıstanda son beş ilin islahatlarının nəticəsi olaraq böyük iqtisadi dəyişikliklər və geniş tikinti bumu yaşanır. Tikinti sektoru rekordlar qırır. Ölkədə işçi qüvvəsi, armatur və sement çatışmır. Ölkəmiz müasir urbanistika, memarlıq, köhnə şəhərlərin müasir reallıqlara uyğun yenilənməsi, xüsusilə ekologiyanın, vətəndaşların həyat və sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqində maraqlıdır. Buna görə Bakıdakı forum bizim üçün çox vacibdir”, - diplomat qeyd edib.

#iştirakı #wuf13-də #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər