Qırmızı çuğundurun inanılmaz faydaları
Qırmızı çuğundurun istər şirəsini sıxıb için, istər salatlarınıza əlavə edin, istərsə də turşusunu hazırlayın, amma onu süfrənizdə yer verməyə çalışın. Qırmızı çuğunduru əsl vitamin cənnəti adlandırsaq, heç də şişirtmiş olmarıq.Qırmızı çuğundur istehlak etdikdə orqanizmimiz C vitamini, folat (B9 vitamini), fosfor, manqan, kalium, kalsium, selen və dəmir kimi bir çox vitamin və minerallarla təmin olunur.
Vitaminlər baxımından bu qədər zəngin olması ilə bitdiyini düşünürsünüz? Yanılırsınız… Qırmızı çuğundurun 87 faizi sudan ibarətdir! Üstəlik, yaşıl yarpaqlı hissələri də istehlak edilə bilər.Tutaq ki, yeməyinizə 100 qram qırmızı çuğundur əlavə edəcəksiniz - cəmi 43 kalori qəbul etmiş olacaqsınız. Bununla yanaşı, 2,8 qram lif də əldə etmiş olacaqsınız!
İMMUN SİSTEMİNİZİ GÜCLƏNDİRMƏYƏ KÖMƏK EDİR-Qırmızı çuğundur C vitamini ilə zəngin olduğu üçün, xüsusilə soyuq qış günlərində orqanizminizin müdafiə sistemi olan immun hüceyrələrinin güclənməsinə kömək edə bilər.
Bəs C vitamini yalnız immunitet üçünmü lazımdır? Əlbəttə ki, xeyr. C vitamini orqanizmin bir çox funksiyalarında mühüm rol oynayır və tənəffüs yolu infeksiyalarının müalicə prosesində də istifadə oluna bilər.
XƏBƏR TÜRK
Səkinəyim Cəfərova