00:00:00
Yazar
Admin User
22.10.2025 12:52 151 2 dəq oxuma
İqtisadiyyat

“Qısa müddətli layihələr çox az həyata keçirilir”

“Qısa müddətli layihələr çox az həyata keçirilir”

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) sentyabr ayında Azərbaycanda həyata keçirilən layihələr üzrə maliyyə aktivlərini artırıb. Dəstək əsasən qeyri-neft sektoru, infrastruktur və özəl biznes layihələrinə yönəlib. Bu addım ölkədə investisiya mühitinin canlanmasına, iqtisadi proseslərin sürətlənməsinə və iş yerlərinin genişlənməsinə təkan verə bilər.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, EBRD kimi beynəlxalq maliyyə qurumlarının aktivliyinin artması əsasən orta və uzunmüddətli layihələrin maliyyələşdirilməsi ilə bağlıdır:

 

“EBRD və digər beynəlxalq maliyyə qurumlarının – İBRD, SIRQ, BNP, Nükəbank və s. – Azərbaycandakı fəaliyyətinin fəallaşması iqtisadiyyata müsbət təsir göstərir. Aktivlərin artması əsasən davam edən layihələrin maliyyə resurslarının təmin olunması ilə bağlıdır. Bu isə iqtisadi proseslərin daha operativ və səmərəli icra olunmasına imkan yaradır. Qısa müddətli layihələr çox az həyata keçirilir, əsas diqqət orta və uzunmüddətli layihələrdədir. Bu isə ölkənin iqtisadi sabitliyini və dayanıqlı inkişafını dəstəkləyir. Beynəlxalq maliyyə qurumlarının layihələrə ayırdığı vəsaitin artması qeyri-neft sektorunun inkişafını stimullaşdırır, kiçik və orta biznesin böyüməsinə şərait yaradır, infrastruktur layihələrinin icrasını sürətləndirir və uzunmüddətli iqtisadi perspektivi möhkəmləndirir. Eyni zamanda, bu proses Azərbaycanda beynəlxalq investorların etimadının artırılması və ölkənin iqtisadi mühitinin daha rəqabətqabiliyyətli olması üçün vacib hesab olunur. Beynəlxalq maliyyə dəstəyinin davamlılığı həm də regiondakı sosial-iqtisadi vəziyyətin sabitliyini təmin edir, işsizlik səviyyəsinin azaldılmasına və yeni iş imkanlarının yaradılmasına imkan verir. Bu baxımdan EBRD-nin aktivlərinin artırılması uzunmüddətli iqtisadi dayanıqlılıq və investisiya cəlb etmək baxımından mühüm rol oynayır”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər