Qızıl qiymətləri balans axtarır
Yanvar ayının sonunda tarixi enişdən sonra həddindən artıq dəyişkənlik dövründən sonra qızıl qiymətləri yenidən 5000 dollar səviyyəsində tarazlıq axtarır.
Geosiyasi risklər və ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi ilə bağlı narahatlıqlar səbəbindən aylardır yüksəliş tendensiyasında olan qızılın unsiyası üçün qiyməti, spekulyativ alış dalğasından sonra yanvar ayının sonunda kəskin şəkildə aşağı düşüb.
Yeni ilə unsiyası 4321 dollardan başlayan qızılın qiyməti 29 yanvarda 5600 dolları keçərək bütün zamanların rekordunu qırıb. Lakin fevralın əvvəlində satışlar baş verdikdən sonra qiymətlər 4402 dollara düşüb.
TRT HABER
Arzu Poladova
