00:00:00
Yazar
Admin User
03.02.2026 17:03 50 1 dəq oxuma
İqtisadiyyat

Qızıl ucuzlaşır: bazarlarda nə baş verir?

Qızıl ucuzlaşır: bazarlarda nə baş verir?

2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti 19 yanvardan bəri ilk dəfə olaraq troya unsiyası üçün 4700 dollar həddindən aşağı düşüb. Comex birjasının məlumatına görə, qızılın qiyməti 4644,8 dollar səviyyəsində qərarlaşıb və bu, 5,35 faiz azalma deməkdir. Qiymət enişi qlobal bazarlarda investorların davranışı, dolların mövqeyi və geosiyasi proseslərlə əlaqələndirilir. Bəs bu ucuzlaşmanın arxasında hansı səbəblər dayanır?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, qızılın qiymətində həmişə dalğalanma olub:

 

“Son zamanlarda kəskin artmışdı. Son bir ildə az qala 45 faizə yaxın artmışdı. Ona görə geri çəkilmələr də olmalı idi. İnvestorlar öz gəlirlərini fiksə etməlidirlər. Dolların möhkəmlənməsinin də təsiri oldu, amma o qədər də möhkəmlənməyib ki, son dövrlərdə dəyərini itirsin. Ona görə də bu tək dollarla əlaqəli deyil. Bu investorların gəliri fiksasiya etməsi ilədir. Yəni siz ucuz almısınız, gözləmisiniz, qiymətlər xeyli artıb və baha satırsınız. Çox güman bununla bağlıdır. Amma qızılın qiymətində üzüyuxarı trend davam edəcək, ən azından geosiyasi gərginliklər azalana qədər davam edəcək”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər