00:00:00
Yazar
Admin User
06.09.2025 14:18 152 1 dəq oxuma
İqtisadiyyat

Qlobal enerji tərəfdaşlığı iqtisadi əməkdaşlığı gücləndirir

Qlobal enerji tərəfdaşlığı iqtisadi əməkdaşlığı gücləndirir

Enerji sahəsində strateji tərəfdaşlıqlar qlobal miqyasda iqtisadi əməkdaşlığımızı gücləndirir.

 

"İnformator.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında qeyd edib.

 

"SOCAR və Qətərin UCC holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır. Şirkətlərin imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpasına, regionun davamlı inkişafına mühüm töhfə verəcək", - deyə Mikayıl Cabbarov bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər