00:00:00
Yazar
Admin User
22.12.2025 18:22 100 2 dəq oxuma
İqtisadiyyat

Qlobal iqtisadiyyatda qeyri-müəyyənlik

Qlobal iqtisadiyyatda qeyri-müəyyənlik

Son dövrlərdə qlobal iqtisadiyyat ziddiyyətli proseslər fonunda inkişaf edir. 

 

Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, inflyasiyanın nisbətən zəifləməsinə baxmayaraq, aparıcı mərkəzi banklar qiymət artımının yenidən sürətlənməsindən ehtiyat edirlər:

 

“İnflyasiya zəifləsə də, faizlərin yüksək saxlanılması onu göstərir ki, dünyanın aparıcı mərkəzi bankları hələ də inflyasiyanın yenidən artmasından qorxurlar. Yüksək faiz dərəcələri birbaşa iqtisadi aktivliyə mənfi təsir göstərir. Təbii ki, faizlər nə qədər yüksək olarsa, iqtisadi inkişaf bir o qədər zəifləyir. Faiz yüksəkdirsə, kreditlər az götürülür, sahibkarlar aktiv fəaliyyət göstərə bilmir. Kreditləşmə nə qədər geniş olarsa, iqtisadi fəallıq da bir o qədər artır. Geosiyasi gərginliklər və enerji bazarındakı dəyişikliklər qlobal maliyyə bazarlarının sabitliyinə çox ciddi təsir edir”.

 

Ekspert bildirib ki, dünya hazırda yeni iqtisadi mərhələnin astanasındadır:

 

“Böyük ehtimalla biz qlobal maliyyə modelinin dəyişməsi mərhələsinə yaxınlaşırıq. Çox şey dəyişir. Hətta ABŞ kimi dünyanın ən güclü dövləti belə xeyli zəifləyib və artıq birinciliyi tədricən Çin Xalq Respublikasına verir. Dünyada qlobal güclər çoxalır - Çin, Hindistan, Braziliya və digər ölkələr ön plana çıxır. Bu fonda enerji daşıyıcılarının qiymətləri uğrunda rəqabət güclənir və ABŞ, Rusiya kimi iri dövlətlər mövqelərini itirmək istəmirlər. Bu isə əsasən üçüncü ölkələr üçün ciddi zərbələr yaradır. Xırda ölkələr çalışmalıdır ki, iqtisadi potensialını konkret bir neçə sahədə cəmləşdirsin. İxtisaslaşma olmadan qlobal rəqabətdə davam gətirmək çətindir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər