Qlobal kiberhücum təhlükəsi böyüyür: dövlət qurumları, banklar və təhsil müəssisələri hədəfdədir
Son dövrlərdə dünya üzrə həyata keçirilən kiberhücumlar kritik dövlət strukturlarından tutmuş maliyyə və təhsil sektoruna qədər geniş bir şəbəkənin ciddi təhlükə altında olduğunu göstərir.
Mənbələrin verdiyi məlumata görə, məşhur ShinyHunters haker qrupu FTB-nin (FBI) işəqəbul saytına daxil olmaq üçün Oracle PeopleSoft insan resursları platformasındakı zəiflikdən istifadə edib. "Google" və "Oracle" proqram təminatındakı boşluqlar barədə öncədən təhlükəsizlik xəbərdarlıqları yaysalar da, təhlükənin qarşısını tam almaq mümkün olmayıb. Sızma nəticəsində FTB və kəşfiyyat ictimaiyyətində böyük narahatlıq yaradan konfidentsial məlumatlar: əməkdaşların əks-kəşfiyyat vəzifələrinin dəqiq təsvirləri, kəşfiyyatçıların yaşayış ünvanları, habelə büro işçilərinin tibbi və psixiatrik qeydləri üzə çıxıb.
Cənubi Koreya: Banklara və İctimai Təşkilatlara süni intellektlə hücumlar Cənubi Koreyada kommersiya bankları və dini icmalar kiberhücumların hədəfi olub. Ümumilikdə yüz minlərlə vətəndaşın şəxsi məlumatlarının (adlar, doğum tarixləri, ünvanlar və telefon nömrələri) sızdığı bildirilir.
Xüsusilə "Yoido Full Gospel" kilsəsində 850 minə yaxın, "SaRang" kilsəsində isə "Oasis Security"nin təhlilinə əsasən 89 mindən çox istifadəçinin məlumatı təhlükə altına düşüb.
Böyük Britaniya: Məktəb idarəetmə sisteminə zərərli proqram hücumu Böyük Britaniyanın Bristol Şəhər Şurasının idarə etdiyi və 87 məktəbin gündəlik əməliyyatlarını (müəllim əməkhaqqıları, cədvəllər, büdcə və şagirdlərin təhsil psixologiyası faylları) tənzimləyən "Trading with Schools" platformasında zərərli proqram təminatı aşkar edilib.
Sentyabrın 21-də aşkarlanan şübhəli fəaliyyətdən 4 gün sonra sistem söndürülüb.
Səkinə Musayeva