00:00:00
Yazar
Admin User
01.12.2025 17:08 77 1 dəq oxuma
Sosial

Qlobal silah satışları rekord həddə çatıb

Qlobal silah satışları rekord həddə çatıb

Dünya üzrə silah sənayesində satışlar sürətlə artmağa davam edir. Son statistik məlumatlara əsasən, ötən il dünyanın ən böyük 100 silah istehsalçısının ümumi gəliri 5,9 faiz yüksələrək rekord 679 milyard dollara çatıb.

 

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, son illər dünyanın bir çox ölkəsində hərbi büdcələrin yüksəlməsi silah istehsalını kəskin şəkildə artırıb:

 

“Son dönəmdə dünya ölkələrinin hərbi büdcəsi xeyli artıb və təəssüf ki, silah istehsalı ilə ixracında da ciddi yüksəliş müşahidə olunur. Müasir hərbi arsenalda daha çox yüksək texnologiyalı silahlara üstünlük verilir. Pilotsuz uçuş aparatları, xüsusi təyinatlı bölmələr üçün yeni avadanlıqlar orduların strukturunu və müharibəyə baxışını tamamilə dəyişib”.


Ekspert qeyd edib ki, böyük güclərin silahlanma tempindəki artım qlobal təhlükəsizliyə ciddi risklər yaradır:

 

“Çin, Rusiya və NATO ölkələri yeni nəsil silah sistemləri üzərində sürətlə çalışırlar. Silahlanma yarışının bu qədər kəskinləşməsi gələcəkdə ciddi fəsadlara, hətta genişmiqyaslı müharibələrə səbəb ola bilər. Bu qədər yüksək tempdə silah istehsalı beynəlxalq təhlükəsizlik baxımından narahatedici vəziyyət yaradır”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər