00:00:00
Yazar
Admin User
08.09.2025 17:29 134 2 dəq oxuma
İqtisadiyyat

Qlobal ticarət sistemində yeni regional bloklar və kiçik dövlətlərin perspektivi

Qlobal ticarət sistemində yeni regional bloklar və kiçik dövlətlərin perspektivi

 

1945-dən bəri mövcud olan qlobal ticarət qaydaları proteksionizm və böyük dövlətlərin rəqabəti səbəbilə zəifləyir. ABŞ və Çin başda olmaqla yeni regional bloklar yaranır və bu, dünya iqtisadiyyatını parçalanmış vəziyyətə gətirir.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, kiçik dövlətlər həm risk, həm də imkanlarla üz-üzədir:

 

"Bu dövlətlərin iqtisadiyyatları böyük dövlətlərin təsirinə daha çox bağlıdır və hər bir ölkə üçün vəziyyət ayrı-ayrılıqda qiymətləndirilməlidir. Eyni zamanda, kiçik dövlətlər regional blokların güclənməsindən faydalanaraq alternativ bazarlara çıxış imkanı da qazana bilərlər, amma siyasi və iqtisadi təzyiqlərlə qarşılaşa bilərlər. ABŞ və Çin arasındakı rəqabət beynəlxalq bazarların gələcəyini ciddi şəkildə formalaşdırır. Çin faktiki olaraq dünyanın ən böyük iqtisadiyyatına çevrilib; nominal baxımından ikinci yerdədir, amma alıcılıq qabiliyyətinə görə birinci yerdədir. Çin və ətrafındakı dövlətlər Qərbin maliyyə sistemində islahatlara təzyiq göstərərək alternativ ödəniş sistemləri yaratmağa çalışırlar. Bu proses zaman alacaq, lakin yaxın 10 ildə dolların dünya ticarətində hegemoniyası davam edəcək. Bununla belə, Çin və müttəfiqlərinin iqtisadi gücü artdıqca dolların hegemoniyası da zəifləyə bilər.

Artan proteksionizm tam mənası ilə yeni bir “iqtisadi soyuq müharibə”yə yol açmır. Çin və ətrafındakı dövlətlər qərblə ticarətə çox bağlıdır; alış-veriş dayanarsa, ciddi iqtisadi problemlər ortaya çıxacaq. Yəni bloklaşma və rəqabət mövcuddur, amma iqtisadi asılılıqlar səbəbindən soyuq müharibə səviyyəsinə çatmaq çətindir".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər