00:00:00
Yazar
Lalə Qafarova
08.05.2026 21:12 26 2 dəq oxuma
İqtisadiyyat

Qlobal Urbanizasiyanın "Bakı Dialoqu": İqtisadçıdan WUF13 Şərhi

Qlobal Urbanizasiyanın "Bakı Dialoqu": İqtisadçıdan WUF13 Şərhi

 


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Təşkilat Komitəsinin iclası keçirilib.


Forumda iştirak üçün 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib. İclasda hazırlıq işləri müzakirə olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.


Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında WUF-13-ün Azərbaycan üçün əhəmiyyətindən danışıb:


“WUF-un Azərbaycanda keçirilməsi olduqca mühüm hadisə sayılır. İştirakçı sayına görə dünyada ikinci ən böyük tədbir hesab olunan Ümumdünya Urban Forumuna 35 minə yaxın xarici nümayəndənin gəlişi gözlənilir. Artıq 25 mindən çox şəxs qeydiyyatdan keçib ki, bu da miqyas baxımından forumun nə dərəcədə ciddi və əhəmiyyətli olduğunu sübut edir. Bu platforma həm Bakının müasir infrastrukturunu, həm də Azərbaycanın şəhərsalma sahəsində tətbiq etdiyi yeni yanaşmaları nümayiş etdirmək üçün əla fürsət yaradır. Tədbirlər paytaxtla yanaşı, həm də Qarabağ və Şərqi Zəngizurda həyata keçirilən yeni şəhərsalma modellərinin dünya ictimaiyyətinə təqdim olunmasına şərait yaradır”.


V. Bayramov qeyd edib ki, minlərlə nümayəndənin gəlişi xidmət sektorunu canlandırır və uzunmüddətli dövrdə ölkəyə turist axınının artmasına birbaşa töhfə verir:


“Forumun turizm sektorunun inkişafına birbaşa və uzunmüddətli müsbət təsiri qaçılmazdır. Minlərlə qonağın qəbulu xidmət sahəsini canlandırmaqla bərabər, gələcəkdə ölkəyə turist axınının artmasına da xidmət edir.
Azərbaycanın potensialının və infrastruktur imkanlarının bu səviyyədə nümayişi xarici investisiyaların cəlbi, xüsusən qeyri-neft sektorunun böyüməsi baxımından mühüm rol oynayır. COP29-dan sonra ikinci ən böyük tədbir hesab edilən WUF-13 həm yüksək səviyyəli nümayəndə heyətlərini bir araya gətirir, həm də ölkə iqtisadiyyatının strateji hədəflərinin reallaşmasına böyük töhfə verir”.

 


Aydan Əsgərxanlı

#dialoqu": #qlobal #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər