00:00:00
Yazar
Admin User
06.01.2026 18:49 30 1 dəq oxuma
İqtisadiyyat

Qoruq və muzeylərdə yeni qiymət siyasəti

Qoruq və muzeylərdə yeni qiymət siyasəti

2026-cı ilin yanvar ayından etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər olacaq. Bu barədə Qoruqları İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, qlobal inflyasiya fonunda qiymət artımı qaçılmazdır və bu proses turizm sektoruna mənfi təsir göstərməyəcək:

 

“Bu sahədə qiymətlərin artmasını iqtisadçı kimi müsbət addım kimi qarşılayıram. Əvvəla qeyd edim ki, qlobal iqtisadiyyatda inflyasiya ilə əlaqədar olaraq müxtəlif sahələrdə qiymət artımı gözləniləndir. Turistlər üçün qiymət artımına gəldikdə isə, bu hal əksər ölkələrdə müşahidə olunur. Hətta yerli vətəndaşlarla xarici turistlər üçün giriş qiymətləri arasında kəskin fərq olur.

Bundan əlavə, tarixi abidələrin restavrasiyası, qorunması və infrastruktura çəkilən xərclər ildən-ilə artır. 2026-cı ildə bu sahədə çalışanların əməkhaqlarının artırılması da nəzərdə tutulur ki, bu da əlavə maliyyə yükü yaradır. Bütün bunları nəzərə alsaq, qiymət artımı tamamilə normal və əsaslandırılmışdır.

Qiymətlərin artmasının turizm sektoruna mənfi təsir göstərəcəyini düşünmürəm. Necə ki, restoran və kafe sektorunda qiymətlər artsa da tələbat azalmır, bu sahədə də oxşar vəziyyət müşahidə olunacaq. Üstəlik, ölkəmizin minilliklərə söykənən zəngin tarixi var və ölkəmizə gələn turistlərin əsas məqsədi də məhz bu tarixi və mədəni irsi yaxından görməkdir”.

 

Zəri Bayramlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər