00:00:00
Yazar
Elmira Ağayeva
21.08.2026 21:30 10 1 dəq oxuma
Maraqlı

“Qrenlandiya sahillərində nəhəng balinaların sayı artır”

“Qrenlandiya sahillərində nəhəng balinaların sayı artır”

 

Şərqi Qrenlandiyada dəniz buzlarının sürətlə azalması iri balinaların əvvəllər əlçatmaz olan sahil sularına daxil olmasına şərait yaradıb.

Aparılan uzunmüddətli araşdırmalar göstərir ki, donqar, fin və minke balinaları yay aylarında buzların geri çəkildiyi ərazilərə üz tutaraq burada intensiv şəkildə qidalanmağa başlayıb.

Dəyişikliyin miqyası müşahidələrin sayında da özünü göstərir. Belə ki, 2006-cı ilə qədər ərazidə gəmilərdən aparılan müşahidələr zamanı heç bir donqar balina qeydə alınmayıb. 2007-ci ildə isə cəmi 7 müşahidə aparıldığı halda, 2024-cü ildə bu rəqəm 150-yə çatıb.

Alimlərin hesablamalarına görə, yalnız 2024-cü ilin yayında Qrenlandiya dənizinə təxminən 4 min donqar, 6 min fin və 6 min minke balinası gəlib. Bu üç növün bir yay ərzində ümumilikdə təxminən 800 min ton balıq və kril istehlak edə biləcəyi ehtimal olunur.

Tədqiqatçılar balinaların bölgəyə yönəlməsində dəniz suyunun temperaturunun yüksəlməsi və balıqların daha isti sulara doğru hərəkət etməsinin mühüm rol oynadığını bildirirlər.

Lakin alimlər bu dəyişikliklərin bütün canlılar üçün müsbət nəticə vermədiyini vurğulayırlar. Soyuq sulara uyğunlaşmış narval və beluqa kimi növlərin yaşayış arealının daralması, eləcə də yeni gələn balinalarla qida uğrunda rəqabətin artması ehtimal olunur.

Araşdırmanın rəhbəri, professor Mads Peter Heide-Jorgensenin sözlərinə görə, iqlim dəyişikliyi bəzi növlər üçün yeni qidalanma imkanları yaratsa da, digər canlıların mövcud yaşayış mühitlərini itirməsinə səbəb olur.


Nuray Əliyeva

#Qrelandiya #balinalar #maraqlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər