00:00:00
Yazar
Admin User
20.01.2026 18:13 104 1 dəq oxuma
Mədəniyyət

Qərib Mehdi 90 yaşında vəfat edib

Qərib Mehdi 90 yaşında vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, publisist, dramaturq Qərib Mehdi 90 yaşında vəfat edib.

 

"İnformator.az"xəbər verir ki, bu barədə şairin qələm dostları sosial şəbəkədə bildirib.

 

Qeyd edək ki, bir gün əvvəl şair səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

 

Qərib Mehdiyev (Mehdi) 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər. Yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa verib. Ədibin 1989-cu ildə "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Mehdiyevin əsərləri xarici ölkə xalqların dillərində nəşr olunub. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edib.

 

2009-cu ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər