Qrossi İran-ABŞ danışıqlarında iştirak edəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi qarşıdan gələn İran-ABŞ danışıqlarında iştirak edə bilər.
"İnformator.az" xəbər verir ki, bu barədə İSNA diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Rafael Qrossinin fevralın 26-da Cenevrədə keçiriləcək dolayı danışıqların üçüncü raunduna qatılacağı ehtimal olunur.
