“Qətibə İnanc” yenidən səhnədə
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası yenidən nümayiş olunub.
"İnformator.az" xəbər verir ki, ikihissəli səhnə əsəri görkəmli yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında dramaturq Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunan tamaşada baş rolu Xalq artisti Bəsti Cəfərova canlandırır.
Səhnə əsəri Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx bu məhəbbəti rədd etdikdən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Məhz bu nifrətin nəticəsi olaraq Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvanla ailə həyatı qurur.
Ayan Sədi
