Qətərdə futbol həyəcanı ilə yanaşı, şahinlər də ucalıb
DOHA Qətər (AP)-Qətər Dünya Çempionatına ev sahibliyi hüququ qazandıqdan sonra futbolun mərkəzinə çevrilib. Lakin paytaxt Dohanın tarixi mərkəzində başqa bir idman növü-şahincilikdə yüksəlişdədir, çünki milyonlarla xarici azarkeş bu kiçik əmirliyə axışıb
Dohadakı 100 illik Souq Waqif bazarında ədviyyat və suvenir dükanlarının yerini, qədim bədəvi tayfaları əsrlərdir cəlb edən məşhur şahinlərlə dolu mağazalar və hətta müasir bir “şahin xəstəxanası” tutub.
Əsrlər boyu ərəb xalqları şahinləri ov üçün istifadə edib və onların fəzilətlərini tərənnüm edən şeirlər söyləyiblər. Bu gün isə bu yırtıcı quşlar, hündür göydələnləri ilə tanınan Dohanın sürətlə müasirləşməsinə baxmayaraq, Qətər mədəniyyəti və ənənələrinin güclü simvolu olaraq qalıb.
AP NEWS
Banuçiçək Məmmədova
