00:00:00
Yazar
Admin User
08.09.2025 16:11 153 1 dəq oxuma
İqtisadiyyat

Qətərlə tərəfdaşlığın inkişafı üçün geniş imkanlar var

Qətərlə tərəfdaşlığın inkişafı üçün geniş imkanlar var

 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfər edib.

 

Mövzu ilə bağlı iqtisadçı Ruslan Atakişiyev “İnformator.az” a olan açıqlamasında bunun əhəmiyyətli addım olmasından söz açıb:

 

“Qətərlə Azərbaycanın iqtisadi əlaqələri,birgə layihələrin icra olunması,region xüsusəndə körfəz ölkələrinin investorlarının Azərbaycana cəlb olunması,o cümlədən Azərbaycanın investisiya imkanlarından istifadə edib körfəzə yatırımların edilməsi baxımından əhəmiyyət kəsb edir.Amma belə qeyd edək ki,yəni son dövrlərin araşdırması onu göstərir ki,körfəz ölkələrində olan investorlar daha çox enerji sektoruna vəsait yatırmaqda maraqlıdırlar.Burda həm də bərpa olan enerji:külək enerjisi,günəş enerjisi,yəni bunlarında istehsal olunub satılmasında daha çox maraqlıdırlar.Və Azərbaycanın son dövrlər iqtisadi mövqeyinin daha da səmərəli olması,tranzit ölkə kimi önə çıxması həmin investorları cəlb edir.Xüsusən də həmin körfəz ölkələrinin investorlarını Azərbaycan üçün maraqlı edən məsələlər Azərbaycanda istehsal olunacaq məhsulların dünya bazarlarına çıxış imkanları,həmçinin də Azərbaycanın daxili bazarında daha çox tələbat olan məhsulların istehsalı ilə bağlıdır”.

 

Həbibə Xankişiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər