00:00:00
Yazar
Admin User
26.04.2023 06:03 258 1 dəq oxuma
Dünya

QUAD liderləri may ayında Sidneydə görüşəcək

QUAD liderləri may ayında Sidneydə görüşəcək

“Quad” liderlərinin sammiti mayın 24-də Sidneydə keçiriləcək.

 

İnformator.az TRT Haber`ə istinadən xəbər verir ki, QUAD (Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq) ölkələri olan ABŞ, Avstraliya, Hindistan və Yaponiya liderləri mayın 24-də Sidneydə görüşəcəklər. BUnu Avstraliyanın Baş naziri Entoni Albaneze ​​açıqlayıb.

 

Baş nazir "Sidney Opera Evi" binasında keçiriləcək sammitin Sidney şəhərini tanıtmaq üçün bir fürsət yaradacağını bildirin. Onu da əlavə edib ki, qlobal iqtisadiyyat, Hind-Sakit okean regionunda strateji rəqabətin artırılması və Rusiya-Ukrayna böhranının təsiri kimi məsələlər də liderlərin müzakirəsinə daxildir.

 

"Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq" kimi tanınan "Quad" ABŞ, Avstraliya, Hindistan və Yaponiya arasında 2007-ci ildə başlayan dialoq forumu 2017-ci ildə “dördlü ittifaq”a çevrildi.

 

Qeyd edək ki, Çinə qarşı qeyri-rəsmi strateji forum kimi tanınan və “Asiyada demokratiya yayı” kimi xarakterizə edilən ittifaq müntəzəm görüşlər keçirərək məlumat mübadiləsi aparır.

 

Nuray

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər