00:00:00
Yazar
Admin User
25.04.2023 10:37 280 1 dəq oxuma
Dünya

Quterreş Putinə məktub göndərdi: SAZİŞ UZADILSIN

Quterreş Putinə məktub göndərdi: SAZİŞ UZADILSIN

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək Taxıl Dəhlizi Sazişinin uzadılmasını və genişləndirilməsini xahiş edib.

 

İnformator.az BBC-yə istinadən xəbər verir ki, Quterreş məktubu Nyu-Yorkda görüşdüyü Rusiyanın xarici işlər naziri Sergey Lavrova verib.

 

Bənzər məktubların Ukrayna Prezidenti Vladimir Zelenskiyə və Prezident Rəcəb Tayyib Ərdoğana da göndərildiyi açıqlanıb.

 

Quterreşlə görüşdən sonra Rusiyanın Tass xəbər agentliyinə danışan Lavrov Taxıl Dəhlizi Sazişinin uzadılması ilə bağlı danışıqlarda çox da irəliləyiş əldə edilə bilməyəcəyini bildirib.

 

Lavrov daha əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında Qərb ölkələrinin nümayəndələri ilə müzakirələr apararaq, təşkilatın bəzi üzv dövlətlərin BMT Nizamnaməsi əvəzinə “öz qaydaları əsasında nizam-intizam” qurmağa çalışmaları səbəbindən dərin böhrana girdiklərini bildirib.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər