Qvatemalada vulkan səbəbilə insanlar təxliyyə edildi
Qvatemalada Fueqo vulkanının fəaliyyəti ilə əlaqədar bölgədə 1054 nəfərin təxliyə edildiyi bildirilib.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşib. Onun isti kül buludları səpdiyi bildirilir.
Verilən məlumatda isti kül buludlarının bölgədə 100 min insana təsir edə biləcəyi bildirilir. Vulkanın yaxınlığındakı 5 yaşayış məntəqəsindən 1054 nəfər təxliyə olunaraq müvəqqəti sığınacaqlara aparılıb.
Qeyd edək ki, 2018-ci ildə Fueqo vulkanının püskürməsi nəticəsində 194 nəfər həyatını itirib, 234 nəfər isə itkin düşüb.
