Qəzzada atəşkəs planı ilə bağlı digər Fələstin qrupları ilə məsləhətləşir
HƏMAS bildirir ki, ABŞ-nin irəli sürdüyü Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı yeni sazişə dair son təklifə rəsmi cavab verməzdən əvvəl digər Fələstin qrupları ilə məsləhətləşir.
Prezident Donald Tramp cümə günü səhər bildirib ki, HƏMAS-ın plana razı olub-olmadığını 24 saat ərzində biləcəyini gözləyir.
Çərşənbə axşamı Tramp deyib ki, İsrail 60 günlük atəşkəs üçün lazım olan şərtləri qəbul edib və bu müddət ərzində tərəflər 20 aylıq müharibəyə son qoymaq üçün çalışacaqlar.
Bu arada İsrail hərbçiləri Qəzza zolağı boyunca hədəfləri bombalamağa davam edir.
BBC
Nəzrin Məmmədova