00:00:00
Yazar
Admin User
04.06.2025 16:13 132 1 dəq oxuma
Dünya

Qəzzada humanitar yardım ehtiyatlarının 90 faizindən çoxu tükənib

Qəzzada humanitar yardım ehtiyatlarının 90 faizindən çoxu tükənib

Qəzzada fəaliyyət göstərən 46 fələstinli və beynəlxalq yardım təşkilatının iştirakı ilə aparılan sorğuya görə, onların 93 faizi mövcud yardım ehtiyatlarının demək olar ki, tükəndiyini bildirib.

 

Buna səbəb kimi İsrailin humanitar yardımlara qoyduğu ciddi məhdudiyyətlər göstərilir. Təşkilatların təxminən üçdə ikisi zolağın bəzi bölgələrində icmalara yardım xidmətləri göstərməyin mümkünsüz olduğunu qeyd edib. Həmçinin respondentlərin üçdə biri bildirib ki, onların əməkdaşları İsrailin hücumları zamanı ya yaralanıb, ya da həlak olub.


Sorğunun nəticələrinə dair yayımlanan arayışda qeyd olunub: “İsrail hökumətinin humanitar yardımı sistematik şəkildə əngəlləməsi və fəaliyyət mühitinin kəskin şəkildə pisləşməsi ehtiyac içində olan icmalara yardım göstərilməsini ciddi şəkildə çətinləşdirib".

 

Al jazeera
Selcan Əhmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər