Qəzzaya hücumlarda ölü sayı 31-ə çatdı
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 31-ə çatıb.
İsrailin mayın 9-da blokadada olan Qəzza zolağına başlatdığı hücumlarda həyatını itirən fələstinlilərin sayı 31-ə çatıb. İsrailin Qəzzaya qarşı hücumlarında İslami Cihadın yüksək rütbəli qərargahından 5 nəfər də həlak olanlar arasındadır. Fələstinli qruplar isə bu hücumlara Qəzzadan İsrailə yüzlərlə raket və minaatanla cavab verir.
Qeyd edək ki, çərşənbə axşamı İsrail ordusu İslami Cihad Hərəkatının rəhbərliyini hədəfə aldığını əsas gətirərək, blokada altında olan Qəzzaya hücum edib.
Fatima
