00:00:00
Yazar
Admin User
05.10.2025 18:37 161 2 dəq oxuma
Maraqlı

Rövşən Abdullaoğlunun oxucularla görüşü

Rövşən Abdullaoğlunun oxucularla görüşü

"İnformator.az" xəbər verir ki, bu gün 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış yazıçı və filosof Rövşən Abdullaoğlu ilə oxucuların səbirsizliklə gözlədiyi görüş və imza saatı baş tutub. Tədbir zala toplaşan yüzlərlə kitabsevərin alqışları, musiqi fonu və müəllifin səmimi çıxışı ilə yadda qalıb.

 

Səhnəyə çıxarkən yayılan alqış səsləri müəllifin sözləri ilə daha da dərinləşib. Rövşən Abdullaoğlu çıxışında həyat fəlsəfəsini oxucularla bölüşərək deyib:

 

“Həyatda heç nə təsadüf deyil İnsan öz qoruyucu mələyini tapmadan bu dünyadan köçmür O mələk bəzən bir insan bəzən də bir kitab olur.Eyni zamanda bir kitab yalnız müdrik insanın həyatını dəyişə bilər.Həyatda qarşınıza çıxan hər şey ilahinin təqdiridir”.

 

Bu sözlər zalda emosional sükut yaradıb. Görüş zamanı oxucular müəllifə bir çox suallar ünvanlayıb və onun fikirlərini yaxından dinləyiblər.

 

Rövşən Abdullaoğlunun əsərləri artıq bir neçə qitədə və çoxsaylı dillərdə nəşr olunub. Onun romanları və fəlsəfi əsərləri ABŞ və Kanada ingilis dili versiyaları ilə yanaşı, rus, türk, özbək, fars, indoneziya, iran və filippin dillərində də çap olunub. Müəllifin fikrincə, əsərlərin müxtəlif dillərdə oxunması sözün mədəni sərhədləri aşmasının ən gözəl nümunəsidir.Mədəniyyətlər arası körpü desək daha doğru olar. Bir əsəri fərqli dillərdə oxutmaq onu müxtəlif ürəklərdə yenidən doğmaq deməkdir.

 

Müəllifin yaxın gələcəkdə yeni kitabının işıq üzü görəcəyi bildirilib.

 

Tədbir boyu oxucular müəllifə yaxınlaşıb kitablarını imzalatdılar və onunla xatirə şəkilləri çəkdirdilər.Sonda zal bir daha alqışlarla dolub və hər kəs təkcə bir yazıçını deyil həm də Azərbaycan sözünün dünya miqyasında tanınmasını alqışlayıb.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər