00:00:00
Yazar
Ayşən Səlimova
30.03.2026 19:41 26 2 dəq oxuma
İqtisadiyyat

Rəqəmsal pullar ənənəvi nağd pulu əvəz edə biləcəkmi?

Rəqəmsal pullar ənənəvi nağd pulu əvəz edə biləcəkmi?

Rəqəmsal pullar müasir iqtisadiyyatın sürətlə inkişaf edən sahələrindən biridir. Bank kartları, elektron ödənişlər və kriptovalyutalar ənənəvi pul anlayışını dəyişdirir.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, dövlətlər rəqəmsal ödəniş sistemlərinin payını artırmağa çalışır, çünki bu sistemlər daha rahatdır və maliyyə axınlarını izləmək daha asan olur:

 

"Rəqəmsal pullar gələcəkdə nağd pulu tam əvəz etməsə də, onun istifadəsini xeyli azaldacaq və hər iki sistem uzun müddət paralel şəkildə mövcud olacaq. Hazırda xüsusilə, inkişaf etmiş ölkələrdə nağd puldan istifadə ciddi şəkildə azalır, rəqəmsal ödənişlər isə getdikcə genişlənir. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrdə bəzi amillər bu prosesə müəyyən məhdudiyyətlər yaradır. Rəqəmsal pullar internet və elektrikdən asılıdır, texniki risklər mövcuddur, həmçinin yaşlı insanlar kimi bəzi istifadəçi qrupları bu texnologiyadan tam yararlana bilmir. Digər tərəfdən, məxfilik məsələləri də önəmlidir, çünki nağd pul bəzi hallarda daha anonim hesab olunur. Bunun əksinə olaraq, dövlətlər rəqəmsal ödəniş sistemlərinin payını artırmağa çalışır, çünki bu sistemlər daha rahatdır və maliyyə axınlarını izləmək daha asan olur".

 

Müsahib bildirib ki, rəqəmsal ödənişlərin üstünlükləri çoxdur:

 

"Əməliyyatlar sürətli və rahat həyata keçirilir, məsafədən ödəniş imkanı var və əməliyyat xərcləri daha aşağıdır. Bununla belə, kibertəhlükələr və fırıldaqçılıq riski də mövcuddur. Rəqəmsal pulların yayılması bank sektoruna da təsir edir, çünki bu, alternativ maliyyə sistemi kimi bankların rolunu müəyyən qədər azaldır. İnsanlar vəsaitlərinin bir hissəsini banklarda saxlamaqla yanaşı, bir hissəsini rəqəmsal platformalarda saxlayır ki, bu da depozitlərin azalmasına və bankların kredit vermə imkanlarının zəifləməsinə səbəb ola bilər. Nəticədə banklar müştəriləri cəlb etmək üçün faizləri artırmağa və yeni texnologiyalarla uyğunlaşmağa çalışır, həmçinin fintek şirkətləri ilə rəqabət və əməkdaşlıq artır. Ümumilikdə, rəqəmsal pullar maliyyə sistemində getdikcə daha böyük yer tutur və gələcəkdə də onların rolu artmağa davam edəcək".

 

Səmayə Səftərova

#İqtisadiyyat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər