00:00:00
Yazar
Nərmin Həşimova
06.07.2026 20:37 23 1 dəq oxuma
Siyasət

“Rəqəmsal siyasətin hədəfi idarəetməni mükəmməlləşdirməkdir”- ŞƏRH

“Rəqəmsal siyasətin hədəfi idarəetməni mükəmməlləşdirməkdir”- ŞƏRH

Qlobal rəqabətdə güclü mövqedə olmaq üçün rəqəmsal inkişaf zəruridir. Bu, zamanın tələbidir. Azərbaycan bu reallığı vaxtında dəyərləndirərək əhəmiyyətli addımlar atır. Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrilib.


Mövzu ilə bağlı politoloq Əziz Əzizbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, rəqəmsal siyasətin hədəfi idarəetməni mükəmməlləşdirmək, başqa bir yanaşma ilə dəqiqləşdirməni təmin etməkdir:


“İnsan psixologiyasından asılı olan maneələri aradan qaldırır, səhv etmə imkanını minimuma endirir, şübhəsiz ki, ilk növbədə çevikliyi artırır. Təbii ki, çevikliyin artması məsələsində proseslərin daha tez icra olunmasına ciddi imkanlar qazandırılır. Ona görə də inkişaf həm o məsələlərə bağlıdır, həm də indi kibertəhlükəsizlik çox önəmlidir, dövlətin milli təhlükəsizliyinin vacib istiqamətlərindən birinə çevrilib. Hamımızın informasiyaları, dataları internetdədir. Bu sahəni inkişaf etdirməyə, qorumağa, təhlükəsizliyini təmin etməyə daha çox ehtiyac var”.


Nurgün Qənizadə

#rəqəmsal #hədəf #idarəetmə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər