“Rüsumların ləğvi dövlətin büdcə gəlirlərini azaldır”
ABŞ administrasiyası mal əti, qəhvə və meyvə də daxil olmaqla müəyyən kənd təsərrüfatı məhsullarını əvvəllər digər ölkələrin ixracına tətbiq edilən tariflərdən azad edib
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “İnformator.az”a açılamasında bildirib ki, ABŞ administrasiyasının bəzi kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi ixrac rüsumlarını ləğv etməsinin əsas məqsədi ixracın genişlənməsidir:
“Rüsumlar məhsulların maya dəyərini artırdığı üçün Amerika məhsulları dünya bazarında daha az rəqabət qabiliyyətli olurdu. Rüsumlar aradan qaldırıldıqda ixrac olunan məhsul ucuzlaşır və daha böyük həcmdə dünya bazarına çıxarılır. Bu isə qlobal bazarda təklifi artıraraq qiymətlərin enməsinə səbəb ola bilər. Eyni zamanda, ölkə daxilindən daha çox məhsul ixrac edildiyi üçün daxili bazarda təklif azalır və bu, ABŞ-də həmin məhsulların bahalaşması ehtimalını yaradır. Bundan başqa, rüsumların ləğvi dövlətin büdcə gəlirlərini azaldır, lakin ABŞ düşünür ki, artan ixrac həcmi iqtisadi aktivliyi yüksəldərək bu itkini kompensasiya edə bilər”.
Fidan Alışova
