00:00:00
Yazar
Admin User
30.06.2015 09:11 1888 2 dəq oxuma
Maraqlı

Ramazanda kökəlməməyin 12 qaydası

Ramazan ayında dəyişən qidalanma rejimi insanın kökəlməsinin əksinə arıqlamasına təsir göstərə bilər.
Ramazanda kökəlməməyin 12 qaydası

Ramazan ayında dəyişən qidalanma rejimi insanın kökəlməsinin əksinə arıqlamasına təsir göstərə bilər. Həm oruc tutub, həm də kökəlməmək üçün qəbul edilən qidaların böyük əhəmiyyət daşıdığını ifadə edən Türkiyənin qidalanma və dieta üzrə mütəxəssisi Elif Karacanoğlu orucluğu artıq çəki almadan keçirməyin yollarını göstərir.



İftar yeməyini iki hissəyə bölün. Sulu xörəkləri ilk öncə yeyin, yarım saat fasilə verdikdən sonra ana yeməklərə keçin.



Mütləq imsaka qalxın. Mümkün qədər yavaş və yaxşı çeynəməklə qidanı qəbul edin. 



İftardan bir saat sonra yürüşə çıxın. 



Yeməklərdə qızartmalar, çox yağlı, pendir və zeytun kimi çox duzlu qidalardan uzaq durun. 



İmsakda 1 bardaq süd və yulafı bişirib, soyuyanda içinə bir az çiyələk və gilas doğrayaraq həm aşağı sodiumlu, həm də qan şəkərinizi qaldırmayacaq bir qida qəbul etmiş olursuz. Sodiumun aşağı olması əl və ayaqların şişməsinin qarşısını alır. Bunu həftədə iki dəfə təkrarlamaq olar. 



Fındıq, qoz, badam kimi quru meyvələrdən istifadə edin. Lakin duzsuz olmasına diqqət yetirin. 



1,5-2 litr su için. 



İftarda tərəvəzlərə xüsusi yer ayırın. 



Şərbətli şirniyyatlar və şəkərli qidalardan uzaq durun. Həftdə iki dəfə südlü şirniyyat qəbul edin. Digər günlərdə şirniyyat əvəzinə quru meyvə yeyin. 



Zeytun, kərəyağı, kolbasa arasında seçim edin. Hamısını bir yerdə deyil, hər gün birindən istifadə edin. 



Alçanın tərkibində su çox olduğu üçün istədiyiniz qədər yeyə bilərsiniz. 



Yavaş və yaxşı çeynəyərək yeyin. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər