Ramiz Mustafayev
Azərbaycan musiqisinin dərin qatlarına baş vurduqda, orada bir ad mütləq səslənib-Ramiz Mustafayev. O, təkcə bir bəstəkar deyildi, sanki notların dili ilə danışan bir ruh olub. 16 oktyabr 1926-cı ildə dünyaya göz açan bu insan, həyatını səsin, melodiyanın və duyğunun birliyinə çevirib.
Ramiz Mustafayevin musiqisində həm vətən torpağının nəfəsi, həm də insanın iç səsi duyulub. Onun bəstələrində bir az da Qarabağın dağları, bir az da Xəzərin dalğası, bir az da xalqın nisgili olub. Hər bir əsəri, sanki bir xalqın keçmişini danışıb, gələcəyinə ümid toxumları səpib.
O, öyrətdiyi hər bir tələbəsində bir parça öz ruhunu qoyub. Musiqi onun üçün sadəcə sənət deyil, həyatın mənası, duyğuların tərcüməsi olub. Ramiz Mustafayevin notları bir xalqın tarixini səsləndirib, sükutu belə musiqiyə çevirmək gücü olub onda.
Bu gün onun doğum günü yalnız bir tarix deyil. Bu gün biz xatırlayırıq ki, musiqi ölmür. Bəstəkar gedir, amma onun səsi qalıb-filmlərdə, səhnələrdə, könüllərdə. Ramiz Mustafayevin musiqisi illərin tozuna məhkum deyil, çünki o, notların içində deyil, insanların ürəyində yaşayıb.
Onun ömrü bir melodiyaya bənzəyib-gah yavaş, gah coşğun, gah da kədərli. Amma hər misrada, hər akkordda bir məna olub: Vətənə sevgi, insana inam və sənətə sədaqət.
Banuçiçək Məmmədova
