00:00:00
Yazar
Zeynəb Yunuszadə
27.04.2026 21:13 20 1 dəq oxuma
Dünya

Əraqçı: "ABŞ İrana təklif göndərib, nəzərdən keçiririk"

Əraqçı: "ABŞ İrana təklif göndərib, nəzərdən keçiririk"

"Vaşinqton Tehrana münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı danışıqlar aparmaq təklifi göndərib və hazırda İslam Respublikasının hakimiyyət orqanları bu təklifi nəzərdən keçirirlər".

 

"İnformator.az" "rg.ru" -ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında bildirib.

 

"O zaman Tramp niyə danışıqlar təklif etdi?", - deyə diplomat Ağ Ev rəhbərinin İranı "məğlub etdiyi" barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

A.Əraqçı qeyd edib ki, ölkəsi dünyanın ən böyük fövqəldövlətlərindən biri ilə qarşı-qarşıyadır, lakin həmin dövlət İrana qarşı təcavüzündə qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.

 

"Məhz buna görə də o, danışıqlar istəyir və biz hazırda bu variantı nəzərdən keçiririk", - deyə İran XİN rəhbəri əlavə edib.

#göndərib # #baki #azərbaycan #xəbər #nəzərdən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər