Əraqçı Pakistana səfər edir
Pakistan mənbələri İranın Xarici İşlər naziri Əraqçının bu gün ABŞ ilə İran arasında danışıqların mərkəzi olan Pakistanın paytaxtı İslamabada gələcəyini açıqlayıb.
Pakistan hökumət mənbələrinin məlumatına görə, İranın Xarici İşlər naziri Abbas Əraqçının bu gecə İslamabada kiçik bir nümayəndə heyəti ilə gələcəyi gözlənilir. Səfərin ABŞ ilə sülh danışıqları ilə nəticələnəcəyi gözlənilir.
İslamabadda təhlükəsizlik və diplomatik hazırlıqlar da davam edir və mənbələr potensial danışıqlardan əvvəl ABŞ-nin logistika və təhlükəsizlik qrupunun şəhərə gəldiyini təsdiqləyiblər.
TRT Haber
Günel Əlili