00:00:00
Yazar
Güllər Gülhüseynova
23.04.2026 09:39 12 1 dəq oxuma
Dünya

Əraqçi və Cənubi Koreyanın XİN rəsmisi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Əraqçi və Cənubi Koreyanın XİN rəsmisi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Cənubi Koreya xarici işlər nazirinin xüsusi elçisi Çon Byon Han Tehrana səfər edib və iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

 

"Rəsmilərimizlə məsləhətləşmələr aparmaq üçün Tehrana gələn Cənubi Koreya xarici işlər nazirinin xüsusi nümayəndəsi Çon Byon Han ölkəmizin xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb", - məlumatda bildirilib. Qeyd olunur ki, söhbət zamanı ABŞ ilə İsrailin İrana hücumları və hazırkı vəziyyət müzakirə edilib.

 

A.Əraqçi həmçinin İran və Cənubi Koreya arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, ölkənin əməkdaşlığa hazır olduğunu bildirib.

 

Çon Byon Han İranla əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib və atəşkəsin bərqərar olmasından məmnunluğunu ifadə edərək, diplomatik səylərin köməyi ilə müharibənin yekun olaraq dayandırılmasına, regionda sülh və sabitliyin bərqərar edilməsinə nail olunacağına ümid etdiyini bildirib.

#yeni #şərqdəki #ediblər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər