00:00:00
Yazar
Nərmin Həşimova
02.07.2026 17:06 26 1 dəq oxuma
Siyasət

“Əraqçinin bəyənatı sərt xəbərdarlıq mesajıdır”- ŞƏRH

“Əraqçinin bəyənatı sərt xəbərdarlıq mesajıdır”- ŞƏRH

İslamabad Anlaşma Memorandumunun şərtləri hamının görə biləcəyi şəkildə aydındır və ictimaiyyətə açıqdır.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün X səhifəsində yazıb.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az”a açıqlamasında ə bildirib ki, bu bəyanat bölgədə gərginliyi azaltmaqdan daha çox tərəflərə sərt xəbərdarlıq mesajı kimi oxunur:


“İran xarici işlər naziri Abbas Əraqçinin “İslamabad Anlaşma Memorandumunun şərtləri açıqdır” deməsi Tehranın ABŞ və İsraildən razılaşmanın çərçivəsinə əməl etməyi tələb etdiyini göstərir. Xüsusilə “İran onlara dərs verəcək” ifadəsi diplomatik dildən daha çox çəkindirmə ritorikasıdır və bu, İsrail-İran xəttində onsuz da həssas olan vəziyyəti daha da kəskinləşdirə bilər. Razılaşmanın pozulması ilk növbədə ABŞ-İran dialoqunun dayanmasına, İsrailin mümkün hərbi addımlarına qarşı İranın cavab zərbələri ilə çıxış etməsinə və regionda yeni təhlükəsizlik böhranına səbəb ola bilər. Burada əsas risk ondan ibarətdir ki, tərəflərdən biri memorandumu pozuntu kimi qiymətləndirərsə, qarşı tərəf bunu cavabsız qoymamaq üçün hərbi-siyasi təzyiqi artıracaq. Bu isə yalnız İran və İsraillə məhdudlaşmaya, Körfəz, İraq, Suriya, Livan və hətta Hörmüz boğazı ətrafında daha geniş gərginlik dalğası yarada bilər”.


Nurgün Qənizadə

#memorandum #şərt #bəyənat #gərginlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər