Ərdoğan açıqladı: İstanbulda iki şəhər qurulur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı canlı yayım proqramında İstanbulla bağlı layihəni açıqlayıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan 1 milyon əhalisi olan İstanbulda 2 ayrı şəhər qurulacağının planını açıqlayıb.
Hər iki şəhərə ayrılıqda 500 min insan düşəcəyini bildirən prezident süni kira artırımını qanuni tənzimləmələrlə həll etmənin vacibliyini vurğulayıb.
