Ərdoğan: Türkiyənin qanadlı və ballistik raket potensialı güclənəcək
Türkiyənin hava hücumundan müdafiə sistemi (HHM) güclənəcək, qanadlı və ballistik raket potensialı artacaq.
"İnformator.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ROKETSAN Silahlı Qüvvələrə təhvil verilən raket sistemləri ilə əlaqədar "X" sosial şəbəkə hesabında yazıb.
"Bu investisiyalar HHM sistemimizi gücləndirəcək, strateji gücümüzü artıracaq", - Türkiyə Prezidenti yazıb və əlavə edib ki, qanadlı və ballistik raket potensialı da artacaq:
"Dəmir Qübbə"nin atəş gücünü təşkil edən bu sistemlərin daha yüksək istehsal tempinə çatması ilə HHM sistemlərinin istehsalı daha da möhkəmləndiriləcək".